Home / Siyasət  / Ərdoğan və Ruhani İlham Əliyevə zəng edib

Ərdoğan və Ruhani İlham Əliyevə zəng edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də prezident İlham Əliyevə telefonla zəng edib. Türkiyə prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb. Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də prezident İlham Əliyevə telefonla zəng edib.

Türkiyə prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövlət başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

 

Bundan başqa, iyulun 5-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani prezidenti İlham Əliyevə telefonla zəng edib. İran İslam Respublikasının prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edərək, öz növbəsində Ramazan bayramı ilə əlaqədar İran İslam Respublikasının prezidentini təbrik etmiş, İran xalqına tərəqqi və firavanlıq arzulayıb.

 

Dövlət başçısı İran İslam Respublikası prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

 

Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

 

Telefon söhbəti zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Review overview