Home / Cəmiyyət  / Xərçəngin qarşısını alan ƏN GÜCLÜ 10 QİDA

Xərçəngin qarşısını alan ƏN GÜCLÜ 10 QİDA

Antioksidan ehtiva edən qidalar xərçəng, ürək xəstəlikləri, təzyiq və bir çox narahatlığa yaxşı təsir edir. Eyni zamanda stressin öhdəsindən gəlir. ASSA lent.az-a istinadən bir çox faydası olan antioksidanla zəngin 10 qidanı təqdim edir.   1. Böyürtkən   Böyürtkən lif,

Antioksidan ehtiva edən qidalar xərçəng, ürək xəstəlikləri, təzyiq və bir çox narahatlığa yaxşı təsir edir. Eyni zamanda stressin öhdəsindən gəlir. ASSA lent.az-a istinadən bir çox faydası olan antioksidanla zəngin 10 qidanı təqdim edir.

 

1. Böyürtkən

 

Böyürtkən lif, mineral, vitamin və qabaqlayıcı antioksidan ehtiva edir. Böyürtkən və bənövşəyi meyvələrin tərkibində olan antioksidanlar xərçəng, ürək xəstəliklərinin qarşısını almağa kömək olur. Ellagic turşu ehtiva edən bu maddə kanserogenlərlə mübarizə aparma xüsusiyyətinə malikdir.

 

 

2. Pomidor

 

Pomidor təsirli bir antioksidan olub likopen, karoten və beta-karoten ehtiva edir. Bu maddələr katarakta və insan bədənində olan dəri xəstəliklərinin qarşısını alır.

 

 

3. Brokoli

 

Brokoli estrogen səviyyəsini aşağı salan güclü antioksidan ehtiva edir. Bu səbəbdən də uşaqlıq və döş xərçənginin qarşısını alma təsiri var.

 

 

4. Sarımsaq

 

Sarımsağın pis qoxusunun səbəbi olan sulfid komponenti güclü antioksidandır. Sarımsaq ürək sağlamlığını qoruyur, xolesterol səviyyəsini tarazlıqda saxlayır, yüksək təzyiqi aşağı salır və bir çox xəstəliyə qarşı mübarizə aparır.

 

 

6. İspanaq

 

Əla bir maqnezium qaynağı olan ispanaq antioksidan anbarıdır. Osteoporoz, ürək xəstəlikləri, sütun xərçəngi, artrit kimi bir çox xroniki xəstəlikdən da qoruyucu gücə malikdir.

 

 

7. Qara üzüm

 

Ürək sağlamlığını dəstəkləyir, qandakı laxtalanmanı azaldır, qan damarlarının açıq və elastik olmasını təmin edir.

 

 

8. Kök

 

Tərkibindəki karoten ilə təsirli antioksidandır. Bişmiş kök, çiy yerkökünə nisbətən daha çox antioksidan ehtiva edir. Mədə problemlərinə və revmatizmə qarşı qoruyucu xüsusiyyətə malikdir.

 

 

9. Lobya paxlası

 

Ən təsirli antioksidanlardan bir də lobya paxlasıdır. Xolesterolu aşağı salır, xərçəngin qarşısını almağa kömək edir, sümük əriməsinə qarşı mübarizə aparır  və menopauzanın təsirlərini azaldır.

 

 

10. Taxıl məhsulları

 

Ən yaxşı antioksidanlardan biri olan taxıl alzehmir xəstəliyində irəliləməni yavaşladır, günəş yanıqlarına yaxşı təsir gəlir, immunitet sistemini qoruyur və revmatizm müalicələrində təsirlidir.

Print Friendly, PDF & Email
Review overview