Home / Cəmiyyət  / Türkiyə rusiyalı turistlərin sevimlisinə çevrildi

Türkiyə rusiyalı turistlərin sevimlisinə çevrildi

Səyahət turlarının satışına qoyulan qadağalar aradan qaldırıldıqdan sonra ilk üç gün ərzində Türkiyə rusiyalıların ən populyar turizm istiqamətinə çevrilib. Rusiyanın NTV telekanalına istinadla xəbər verilir ki, həmin günlərdə satılan putyovkaların sayına görə Türkiyə liderlik mövqeyini geri

Səyahət turlarının satışına qoyulan qadağalar aradan qaldırıldıqdan sonra ilk üç gün ərzində Türkiyə rusiyalıların ən populyar turizm istiqamətinə çevrilib.

Rusiyanın NTV telekanalına istinadla xəbər verilir ki, həmin günlərdə satılan putyovkaların sayına görə Türkiyə liderlik mövqeyini geri qaytara bilib. Belə ki, iyulun 1-də bu ölkəyə turlar satışların ümumi həcminin 6,7 faizinə, iyulun 2-də 38,8, iyulun 3-də isə 35,6 faizinə çatıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 30-da Türkiyəyə münasibətdə xüsusi tədbirləri korrektə edən fərman imzalayıb. Prezidentin göstərişinə əsasən, səyahət turlarının satışına və çarter hava daşımalarına qoyulan qadağalar ləğv edilib.

 

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview