Kinoprokatlardan əldə olunan gəlirlərə nəzarət edən Box Office Mojo saytının məlumatına görə, Skarlett Yohansson 9 aktyordan geri qalaraq ümumi siyahıda 10-cu yeri tutub. Bu yeri tutmağa ona Nataşa Romanovanı oynadığı “Marvel” komikslərinin ekranlaşdırmaları kömək edib. Siyahı aktrisanın karyerasının son 10 ilini əhatə edir.

Siyahıda aktrisalar arasında ikinci Kemeron Dias olub. O, ümumi siyahıda 19-cu yeri tutub. Siyahıda ilk yeri isə aktyor Harrison Ford tutub.

İkinci və üçüncü yerlərdə aktyorlar Semuel L. Cekson və Morqan Friman yerləşib. Ardınca siyahıda Mett Deymon, Liam Nison, Uill Smit, Robert Dauni, Eddi Merfi, Tom Kruz, Conni Depp və Maykl Keyn gəlir.