“Multilingual composer” adlı bu funksiya ismarışın tərcümə oluna biləcəyi 44 dili özünə daxil edir. Tərcümə mexanizmini hazırlayan Necip Fazil Ayan bildirir ki, sistem hələlik mükəmməllikdən uzaqdır. Avtomatik tərcümənin standart alqoritmindən başqa, “Facebook” neyron şəbəkələrini işə salmağa çalışır. Bu, alınan mətnin canlı nitqə həqiqətən də oxşaması üçündür. Tərcümələri redaktə etmək də mümkün olacaq.