Home / İdman  / EURO-2016: Almaniya yarımfinala çıxdı! – VİDEO+FOTO (YENİLƏNİB)

EURO-2016: Almaniya yarımfinala çıxdı! – VİDEO+FOTO (YENİLƏNİB)

Avropa çempionatının 1/4 final mərhələsində qarşılaşan Almaniya-İtaliya matçı penaltilərlə sona çatıb. Sevinən tərəf almanlar olub. Onlar yarımfinalda Fransa - İslandiya cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, bu matçın əsas və əlavə edilmiş vaxtı 1:1 hesabı ilə başa çatmışdı. 0:51 /

Avropa çempionatının 1/4 final mərhələsində qarşılaşan Almaniya-İtaliya matçı penaltilərlə sona çatıb. Sevinən tərəf almanlar olub.

Onlar yarımfinalda Fransa – İslandiya cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, bu matçın əsas və əlavə edilmiş vaxtı 1:1 hesabı ilə başa çatmışdı.

0:51 / Hesab bərabərləşdi

İtaliya yığması qaşrıdurmada hesabı bərabərləşdirib. Almanlarım müdafiəçisi Boatenq cərimə zonasında əl ilə oynayıb. Oyunun baş hakimi penalti təyin edib. Nəticədə Leonardo Bonuççi qol vurub.

0:25 / Matçda hesab açıldı

Almaniya yığması matçda hesabı açıb. Türk əsilli futbolçu Məsut Özil Avropa Çempionatında ilk qolunu vurub. O, İtaliya yığması ilə oyunda yeganə qolun müəllifidir.

22:54 / Oyun başladı

Avropa çempionatının 1/4 final mərhələsində Almaniya millisi İtaliya ilə oyunu başlayıb.

Artıq digər yarımfinal cütü bəllidir. Final uğrunda Uels və Portuqaliya milliləri mübarizə aparacaq.

 

Almaniya – İtaliya

Baş hakim: Viktor Kassai

Yan xətt hakimləri: Qyorqi Rinq, Vençel Töt

Əlavə köməkçi hakimlər: Tamas Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Dördüncü hakim: Simon Marçinyak

 

Almaniya: 1. Manuel Noyer (k), 3. Yonas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Kxedira, 8. Mesut Özil, 13. Tomas Müller, 17. Jerom Boatenq, 18. Toni Kroos, 21. Coşua Kimmix, 23. Mario Qomes

Ehtiyat oyunçular: 12. Bernd Leno, 22. Mark-Andre ter Şteqen, 2. Şkodran Mustafi, 7. Bastian Şvaynştayger, 9. Andre Şürrle, 10. Lukas Podolski, 11. Yulian Draksler, 14. Əmrə Can, 15. Yulian Veyql, 16. Conatan Tah, 19. Mario Getse, 20. Leroy Sane

Baş məşqçi: Yoahim Löv

İtaliya: 1. Canluici Buffon, 2. Mattia de Şilyo, 3. Corcio Kyellini, 8. Alesandro Florenzi, 9. Qraziano Pelle, 14. Stefano Sturaro, 15. Andrea Barzalyi, 17. Eder, 18. Marko Parolo, 19. Leonordo Bonuççi, 23. Emanuele Caççerini

Ehtiyat oyunçular: 12. Salvator Siriqu, 13. Federiko Marketti, 4. Matteo Darmian, 5. Angelo Oqbonna, 6. Antonio Kandreva, 7. Simone Zaza, 10. Tyaqo Motta, 16. Daniele de Rossi,  21. Federiko Bernardeski, 11. Çiro İmmobile, 20. Lorenzo İnsinye, 22. Stefan El Şaravi

Baş məşqçi: Antonio Konte

Print Friendly, PDF & Email
Review overview