Home / Hadisə  / Ərdoğan Atatürk hava limanının partlayan terminalında oldu – VİDEO

Ərdoğan Atatürk hava limanının partlayan terminalında oldu – VİDEO

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanının xarici xətlər terminalına baş çəkib. ANS PRESS-in məlumatına görə, terror hadisəsi ilə bağlı səlahiyətlilərdən məlumat alan prezident həyatını itirənlər üçün yaradılan anım guşəsinə baş çəkərək qurbanlar üçün

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanının xarici xətlər terminalına baş çəkib.

ANS PRESS-in məlumatına görə, terror hadisəsi ilə bağlı səlahiyətlilərdən məlumat alan prezident həyatını itirənlər üçün yaradılan anım guşəsinə baş çəkərək qurbanlar üçün dua edib. Səfər zamanı  Ərdoğan İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı İŞİD terror qruplaşmasının 20-dək üzvünün həbs olunduğunu deyib: “Əldə olunan son faktlar İŞİD-in terror aktı ilə əlaqəli olduğunu təsdiqləyir”.

Ərdoğanın səfəri 20 dəqiqə baş tutub. O, terror qurbanlarının ailələrinə baş sağlığı verib. Prezident bir taksi sürücüsünün sosial mediada, terror aktından sonra taksilərin yaralılardan və sərnişinlərdən külli miqdarda pul aldığına dair iddiaları xatırlatdıqdan sonra bu məsələyə də münasibət bildirib:

“Bilirsiniz, mən bu sosial mediaya qarşıyam. Bundan ötəri da mənə də çox hücumlar olub. Tvitterə-filana, bunların hamısına qarşıyam. Özüm də istifadə etmirəm. Mənim adımdan istifadə var, o başqa məsələdir. O əxlaqsızlığı edənlərin əxlaqsızlığı öz üzərlərinədir. Bunlara fikir verməyin”.

Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanının xarici xətlər terminalına baş çəkib.
Review overview