Home / Hadisə  / Azərbaycanda saytın baş redaktoru tutuldu

Azərbaycanda saytın baş redaktoru tutuldu

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu tutulub. Bu barədə məlumatı F.Fərəməzoğlunun həyat yoldaşına istinadla bir sıra yerli KİV yayıb. Onun sözlərinə görə, iyunun 30-da günorta vaxtı evlərinə mülki geyimli 3 nəfər gəlib və jurnalistin noutbukunu götürüblər. Elə

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu tutulub.

Bu barədə məlumatı F.Fərəməzoğlunun həyat yoldaşına istinadla bir sıra yerli KİV yayıb.

Onun sözlərinə görə, iyunun 30-da günorta vaxtı evlərinə mülki geyimli 3 nəfər gəlib və jurnalistin noutbukunu götürüblər. Elə onlar da səbəbini izah etmədən onun tutulmasını bildiriblər.

Bəzi məlumatlara əsasən, F.Fərəməzoğlu DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılır.

DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən bununla bağlı şərh almaq mümkün olmayıb.

F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb edilmişdi. O zaman “24 saat” qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu DİN başçısı Ramil Usubovun ərizəsi əsasında şərəf və ləyaqətin qorunması maddəsi üzrə 1 il azadlıqdan şərti məhrumetmə cəzası almışdı.

Qeyd edək ki, Jam.az saytı hər hansı konkret siyasi-ideoloji istiqaməti ilə seçilmir. F.Fərəməzoğlu özü isə uzun müddət MTN-in keçmiş rəhbəri Eldar Mahmudovla bağlı olub və onun agentliyini edib. (virtualaz.org)

Review overview