Versal sarayı Fransadakı ən gözəl yerlərdən biridir və bir il ərzində buranı 7 milyon insan ziyarət edir. Giriş və çıxış tranzit zonasını rahat və müasir etmək üçün Dominik Perronun memarlıq bürosu tarixi sarayda Dyufur adlı pavilyon yaradıb. Tavan altındakı gözəl qızıl konstruksiyalar tarixi tikiliyə müasir səslənmə verir: qonaqları 21-ci əsr muzeyi qarşılayır. Burada məlumat, nəzarət, audiobədədçi icarəsi zonaları yerləşir.

Versal sarayında qeyri-adi pavilyon

Versal sarayında qeyri-adi pavilyon

Versal sarayında qeyri-adi pavilyon

Versal sarayında qeyri-adi pavilyon

Pilləkən tərəfdən şüşəli hissənin böyük ərazisi hesabına kürsü mərtəbəsinə çoxlu gün işığı düşür. Aşağıda çıxan qonaqları qarderob, tualetlər və tamamilə möhtəşəm suvenir mağazası gözləyir. Yeraltı və birinci mərtəbələr bütövlüklə ziyarətçilərin trafikinə verilib. Ancaq yuxarıda təlim və istirahət üçün əlavə məkanlar açılması planlaşdırılır. Yaxın bir neçə həftə ərzində üçüncü mərtəbədə kinozallı auditoriya çalışacaq, ikinci mərtəbədə isə sentyabr ayında məşhur aşpaz Alen Dyukassın “Ore” restoranı açılacaq.

Versal sarayında qeyri-adi pavilyon

Versal sarayında qeyri-adi pavilyon

Versal sarayında qeyri-adi pavilyon

Versal sarayında qeyri-adi pavilyon