Home / Cəmiyyət  / Rusiyadan Türkiyəyə turların satışına start verildi

Rusiyadan Türkiyəyə turların satışına start verildi

Rusiyanın "TEZ Tour" şirkəti Türkiyəyə turların satışına başlayıb. Bu barədə Trend "Lenta.ru"ya istinadən xəbər verir. "Aeroflot" aviaşirkəti tərəfindən həyata keçiriləcək uçuşlar artıq iyulun 2-dən başlayacaq. İki nəfər üçün bir həftəlik "hər şey daxil" sistemi ilə 3

Rusiyanın “TEZ Tour” şirkəti Türkiyəyə turların satışına başlayıb. Bu barədə Trend “Lenta.ru”ya istinadən xəbər verir.

“Aeroflot” aviaşirkəti tərəfindən həyata keçiriləcək uçuşlar artıq iyulun 2-dən başlayacaq. İki nəfər üçün bir həftəlik “hər şey daxil” sistemi ilə 3 ulduzlu otelə hesablanmış tur 90 min rubla (1400 dollar) başa gələcək. Bu ilk reyslərə tərtib edilmiş qiymətdir.

Qeyd edilir ki, iyulun 27-dən sonra iki nəfər üçün belə turların qiyməti 58 min rubla (900 dollar) enəcək.

Review overview