Home / İdman  / Rioda Azərbaycanın bayraqdarı boksçu Teymur Məmmədov olacaq

Rioda Azərbaycanın bayraqdarı boksçu Teymur Məmmədov olacaq

Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bu, boksçumuz Teymur Məmmədovdur. Bu sözləri iyunun 30-da Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Vitse-prezident bildirib: “Biz bayraqdarın adını Olimpiya Oyunlarının açılışına bir həftə

Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bu, boksçumuz Teymur Məmmədovdur.

Bu sözləri iyunun 30-da Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Vitse-prezident bildirib: “Biz bayraqdarın adını Olimpiya Oyunlarının açılışına bir həftə qalmış təqdim edəcəyik. Bu, bir çox məsələdən, o cümlədən idmançının açılış mərasimində olub-olmamasından asılıdır. Biz bayraqdarı güləşçilərdən, taekvondoçulardan da seçə bilərdik. Ancaq həmin vaxt onlar Braziliyada olmayacaqlar. Onlar yarışa hazırlaşdıqları üçün bir müddət sonra gələcəklər”.

Print Friendly, PDF & Email
Review overview