Home / Maraqlı  / Prezident Əliyev dənizə girdi, xanımı isə kitab oxudu – Bodrumda

Prezident Əliyev dənizə girdi, xanımı isə kitab oxudu – Bodrumda

Türkiyədə baş verən son terror hadisələri, xüsusilə 3 gün əvvəl Atatürk Hava Limanında yaşanan qanlı hücum, məhz yay mövsümündə  və məhz aeroportun hücuma məruz qalması Türkiyə turizminə böyük zərbə vurdu. Belə ki, Türkiyəni artıq təhlükəli

Türkiyədə baş verən son terror hadisələri, xüsusilə 3 gün əvvəl Atatürk Hava Limanında yaşanan qanlı hücum, məhz yay mövsümündə  və məhz aeroportun hücuma məruz qalması Türkiyə turizminə böyük zərbə vurdu. Belə ki, Türkiyəni artıq təhlükəli ölkə kimi tanıyan xarici vətəndaşlar bu ölkəyə səyahət etməkdən üz döndərirlər. Məhz belə bir vaxtda prezident İlham Əliyev və ailəsi terror qorxusu yaşanan ölkədə dincəlməyi seçməklə Türkiyəyə dəstək olub.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən günorta saatlarında tətil üçün getdikləri Türkiyənin Bodrum şəhərində obyektivə tuş gəliblər.

 

“Sözcü” yazır ki, prezident təhlükəsizlik xidmətinin müşayiəti ilə gəldiyi Bodrum Milas Hava Limanından 12 avtomobil karvanı və təyyarəylə qorunaraq otelə daxil olub. Məlumata əsasən, prezident və xanımı oteldə olduqları 3 gün ərzində sahilə çıxmayıblar. Dünən ilk dəfə otel körpüsündə günəşlənən İlham Əliyev qısa müddətlik də olsa dənizə girib.

 

Əliyev dənizə girdiyi müddətdə Sahil Təhlükəsizlik Xidməti dənizdə, prezidentin şəxsi mühafizəçiləri isə körpüdə təhlükəsizlik tədbiri görüblər.

 

Mehriban Əliyeva isə dənizə girmək əvəzinə bütün gün kitab oxuyaraq dincəlməyə üstünlük verib. (xeber365.com)

Review overview