Home / Cəmiyyət  / GünEl Treu: Hörümçək – şeir

GünEl Treu: Hörümçək – şeir

hörümçək nə gəzirsən burda hörümçək bura şkafımın ən gözəl yeridi bax, onun hədiyyələrdir. həvəslə saxlayıram, hər gün tozunu alıram safdılar, təmizdilər onun özü qədər. mən onun gözlərində dincəlirəm qayalara çırpılan dalğalarım onun sahilinə səpələnir sakitləşir. qumlarında itib-batır göz yaşlarım sıqal çəkir saçlarıma yumşalıram, sıqınıram uşaq kimi ürəyinə, gülür mənə

hörümçək

nə gəzirsən burda hörümçək
bura şkafımın ən gözəl yeridi
bax,
onun hədiyyələrdir.
həvəslə saxlayıram,
hər gün tozunu alıram
safdılar,
təmizdilər
onun özü qədər.

mən onun gözlərində
dincəlirəm
qayalara çırpılan dalğalarım
onun sahilinə səpələnir
sakitləşir.
qumlarında itib-batır
göz yaşlarım
sıqal çəkir saçlarıma
yumşalıram,
sıqınıram uşaq kimi ürəyinə,
gülür mənə…

çıx get, hörümçək
mən onun sevgi torunda
xoşbəxtəm
alma əlimdən.
toz salma hədiyyələrin üstünə
köhnəltmə hislərimi
soyutma sevgimi
çıx get, hörümçək
əl çək
indi o gələcək…

GunEl Treu

Print Friendly, PDF & Email
Review overview