Home / İdman  / EURO-2016: Portuqaliya millisi yarımfinala vəsiqə qazandı

EURO-2016: Portuqaliya millisi yarımfinala vəsiqə qazandı

İyunun 30-da futbol üzrə XV Avropa çempionatının dörddəbir final mərhələsinin ilk oyunu keçirilib. Marsel şəhərinin “Velodrom” stadionunda keçirilən matçda Portuqaliya və Polşa yığma komandaları qarşılaşıblar. Görüşün 2-ci dəqiqəsində Polşa yığmasının kapitanı Robert Levandovski fərqlənərək komandasını hesabda irəli

İyunun 30-da futbol üzrə XV Avropa çempionatının dörddəbir final mərhələsinin ilk oyunu keçirilib.

Marsel şəhərinin “Velodrom” stadionunda keçirilən matçda Portuqaliya və Polşa yığma komandaları qarşılaşıblar.

Görüşün 2-ci dəqiqəsində Polşa yığmasının kapitanı Robert Levandovski fərqlənərək komandasını hesabda irəli çıxarıb. Lakin polyaklar bu üstünlüklərini qoruya bilməyiblər. Oyunun 33-cü dəqiqəsində Renato Sançes Portuqaliyanın bərabərlik qolunun müəllifi olub. Matçda bundan başqa qol olmayıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Matç heç-heçə başa çatdığından əlavə vaxt oynanılıb. Lakin əlavə vaxtda da hesab açılmadığı üçün 11 metrlik cərimə zərbələri seriyası yerinə yetirilib. Penaltilər seriyasında 6:4 hesabı ilə qalib gələn Portuqaliya yığması yarımfinala vəsiqə qazanan ilk komanda olub.

Qeyd edək ki, Portuqaliya milli komandasının “Avro-2016”da keçirdiyi bütün oyunların əsas vaxtı heç-heçə başa çatıb.

Review overview