Home / Hadisə  / Azərbaycanda hava pisləşəcək: şimşək, leysan, dolu

Azərbaycanda hava pisləşəcək: şimşək, leysan, dolu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Nazirlikliyin Milli Hidrometeorologiya Departamentindən ASSA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 2-3-də gecə və səhər şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirlikliyin Milli Hidrometeorologiya Departamentindən ASSA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 2-3-də gecə və səhər şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Print Friendly, PDF & Email
Review overview