Home / Hadisə  / Türkiyəni qana bulamağa hazırlaşan iki kamikadze vuruldu

Türkiyəni qana bulamağa hazırlaşan iki kamikadze vuruldu

İstanbulun Atatürk hava limanına terror hücumu ardından Türkiyə daha bir terror həyəcanı yaşayıb. ANS PRESS-in məlumatına görə, Türkiyə Suriya sərhədində biri canlı bomba olan iki İŞİD terror qruplaşması üzvü zərərsizləşdirilib. Öldürülənlərdən birinin üzərində “şəhid kəməri” olub. Canlı bombanın

İstanbulun Atatürk hava limanına terror hücumu ardından Türkiyə daha bir terror həyəcanı yaşayıb. ANS PRESS-in məlumatına görə, Türkiyə Suriya sərhədində biri canlı bomba olan iki İŞİD terror qruplaşması üzvü zərərsizləşdirilib. Öldürülənlərdən birinin üzərində “şəhid kəməri” olub. Canlı bombanın suriyalı Muhammad Arab olduğu bildirilir.

Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, Suriya sərhədindən ölkəyə qeyri-qanuni keçmək istəyən iki nəfər edilən xəbərdarlıqlara baxmayaraq qaçmaq istəyib. Hər iki şəxs sərhədçilər tərəfindən vurulub.

Aparılan araşdırmalardan sonra onların suriyalı olduğu və İŞİD tərəfdarı olan “Əbu Əli” kod adlı Mustafa Dəmir ilə əlaqəli olduqları aydın olub.

Canlı bomba

Canlı bomba

Kəşfiyyat xəbərlərinə görə, bu şəxslərdən biri – Muhammad Arab Ankara-Adana istiqamətində terror aktı törətməyi planlaşdırıb. Digər şəxsin adı isə Muhanad Khalad olub.

Muhammad Arabın üzərindən 2016-ci il iyunun 21-də Şamdan Kamışlıya təyyarə ilə gəldiyini göstərən bilet tapılıb.

İyunun 28-də Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. Belə ki, 3 kamikadze əllərində “Kalaşnikov” avtomatı ilə hava limanına daxil olub. Onlar əvvəlcə qarşılarına çıxan hər kəsi güllələyiblər. Daha sonra polislərin də atəş açdığını görüncə özlərini partladıblar. Hadisə nəticəsində 42 nəfər ölüb, 150-yə yaxın insan isə yaralanıb. Ölənlərin çoxunun türk vətəndaşı olduğu deyilir. Ölənlər arasında turistlər də var. Verilən məlumata görə, terror qurbanları arasında Azərbaycan vətəndaşları yoxdur.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview