Home / Hadisə  / Polislərin İstanbul terrorundan əvvəlki “WhatsApp” yazışması

Polislərin İstanbul terrorundan əvvəlki “WhatsApp” yazışması

Türkiyə mətbuatında şübhəlilərlə bağlı polislərin "WhatsApp" yazışması da yayılıb. Bu yazışma hadisədən 5 dəqiqə öncə olub. Yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına naməlum şəxslərin

Türkiyə mətbuatında şübhəlilərlə bağlı polislərin “WhatsApp” yazışması da yayılıb. Bu yazışma hadisədən 5 dəqiqə öncə olub.

Yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına naməlum şəxslərin oğruya bənzədiklərini deyib və onları izləməyi tapşırıb.
Polis “sənədlərinizi görə bilərəmmi?” deyəndə isə kamikadze qorxuya düşərək atəş açmağa başlayıb.
İlk vurulan da şübhəlini görən polis olub. Polis yaralayan terrorçu xarici xətlər terminalının qarşısına qaçır və özünü patarladır. Həyat yoldaşı ilk övladlarına 6 ayalıq hamilə olan polisin ayıq sayıqlığı onlarla insanı ölümdən xilas edir. Lakin o özü hazırda ölüm qalım savaşı verir.
Bundan sonra digər kamikadzelər də  avtomatdan atəş açmağa başlayıblar. Hücumculardan biri polis tərəfindən yaralanıb. Onun yanına gələn polis kamikadzenin üzərində bomba olduğunu görüb. Lakin bombaya ziyan vurmamaq üçün hadisə yerindən uzaqlaşıb. (BAKU.WS)

Print Friendly, PDF & Email
Review overview