Home / Hadisə  / Eldar Mahmudovun daha bir qurbanı azadlığa buraxıldı

Eldar Mahmudovun daha bir qurbanı azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan və narkotik maddələrin istifadəsində təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin hökmündən prokurorluğun verdiyi protestə baxılıb. Vəkil Adəm Məmmədov bildirib ki, təqsirləndirilən Nəcəf

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan və narkotik maddələrin istifadəsində təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin hökmündən prokurorluğun verdiyi protestə baxılıb.

Vəkil Adəm Məmmədov bildirib ki, təqsirləndirilən Nəcəf Fuad Valeh oğlu keçmiş MTN-in əməkdaşları İbrahimov Elnur, Ələkbərov Yunis və Səfərov Əfqan tərəfindən saxlanılıb: “Həmin əməkdaşlar hüququnu müdafiə etdiyim şəxsi döyərək yaşadığı mənzilə aparıb və bir müddət axtarış apardıqdan sonra 13 saylı MKİS-ə zəng edərək iki nəfər hal şahidinin göndərilməsini tələb ediblər.

Məhkəmə istintaqı zamanı keçmiş MTN-in əməkdaşları tərəfindən çağrılmış hal şahidləri ifadələrində göstəriblər ki, mənzilə daxil olan zamanı əməlliyat müvvəkili E.İbahimov əlində büklünü göstərərək içərisində narkotik maddə-kokain olduğunu və təqsirləndirilən şəxsin üzərindən çıxdığını deyib.

Həmçinin hal şahidləri təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi istintaq hərəkətində iştirak etmədiklərini və bu barədə tərtib edilmiş baxış protokolunu oxumadan imza etdiklərini göstəriblər.

Bundan başqa, keçmiş MTN-in əməkdaşları tərəfindən hüquqlarını müdafiə etdiyim şəxsi öz mənzilinə döyərək gətirdikləri zaman sonuncunun evinin giriş hissəsində olan müşahidə kamerası olanları qeydə alıb. Həmin çəkilişdən də görsənir ki, tutulan şəxsin üzərinə baxış istintaq hərəkəti hal şahidlərinin iştirakı olmadan keçrilib.

Eyni zamanda müşahidə kamerasının qeydə aldığı çəkilişdən də görünür ki, Nəcəf Fuad Valeh oğlunun gözünün altı zərbədən qançır olub”.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində prokurorluğun verdiyi protest təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb. (Qafqazinfo)

Print Friendly, PDF & Email
Review overview