Home / Siyasət  / Putinlə Ərdoğan Çində görüşəcək

Putinlə Ərdoğan Çində görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabrında Çində keçiriləcək G20 sammiti çərçivəsində şəxsən görüşəcəklər. Məlumatı NTV kanalı ölkə rəhbərliyindəki mənbəyə istinadən yayıb. Məlumatda o da bildirilir ki, o vaxta qədər liderlər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabrında Çində keçiriləcək G20 sammiti çərçivəsində şəxsən görüşəcəklər.

Məlumatı NTV kanalı ölkə rəhbərliyindəki mənbəyə istinadən yayıb.

Məlumatda o da bildirilir ki, o vaxta qədər liderlər arasında yeni telefon əlaqələrinin olacağı istisna edilmir.

Məlumata Ərdoğanın mətbuat xidmətindən heç bir şərh verilməyib.

“Hələlik bizdə bu barədə rəsmi məlumat yoxdur, əgər elə bir plan olacaqsa, bu barədə rəsmən xəbər verəcəyik”, – deyə oradan bildiriblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə liderlər arasında görüşün yeri və vaxtı barədə suala cavabında deyib: “Görüşün vaxtı və yeri diplomatik kanallarla dəqiqləşdiriləcək”.

Xatırladaq ki, bu gün Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Türkiyə tərəfi prezidentlərin görüşü barədə razılığa gəlindiyini bildirib. (Virtualaz.org)

POST TAGS:
Review overview