Home / Hadisə  / İstanbul terrorunda 36 adam həlak olub

İstanbul terrorunda 36 adam həlak olub

Dünən Atatürk Hava Limanının terminalında törədilmiş terror aktı nəticəsində 36 adam həlak olub, çoxlu yaralanan var. Bu baxımdan  səhər 08:00-dək bütün reyslər təxirə salınmışdı. Hazırda aeroport adi rejimdə fəaliyyət göstərir və gərginlik aradan qaldırılıb. Artıq bu gün Heydər Əliyev Beynəlxalq

Dünən Atatürk Hava Limanının terminalında törədilmiş terror aktı nəticəsində 36 adam həlak olub, çoxlu yaralanan var.

Bu baxımdan  səhər 08:00-dək bütün reyslər təxirə salınmışdı. Hazırda aeroport adi rejimdə fəaliyyət göstərir və gərginlik aradan qaldırılıb.

Artıq bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uçuş həyata keçirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Atatürk Hava Limanına eniş edib.

“J2 8075” saylı reyslə hərəkət edən təyyarə Bakı vaxtı ilə 11:50-də Atatürk Hava Limanına çatıb və Bakı vaxtı ilə saat 13:20-də geriyə dönəcək.

“Türk Hava Yolları”na məxsus təyyarələr isə bu gün Bakı vaxtı ilə 15:00 və 22:05-də Bakıdan İstanbula yola düşəcək. Artıq xarici uçuşlar həyata keçirən 38 təyyarə Atatürk Hava Limanına eniş edib.

 

 

Print Friendly, PDF & Email
Review overview