Home / Hadisə  / Atatürk Havalımanında partlayış: 10 ölü, 20 yaralı – FOTOLAR (YENİLƏNİR)

Atatürk Havalımanında partlayış: 10 ölü, 20 yaralı – FOTOLAR (YENİLƏNİR)

Atatürk Havalimanının Xarici Xəttlər gəliş terminalında iki partlayış nəticəsində xeyli sayda ölülərin olduğu deyilir. Teraktda yaralananlar Bakırköy Dövlət Xəstəxanasına gətirilir. Ədalət naziri Bəkir Bozdağ etdiyi şərhdə 10 vətəndaşın hücumda həyatını itirdiyini, 20 adamın isə yaralandığını açıqlayıb.   23.59   İstanbul Atatürk Havalımanında reallaşan partlayışların

Atatürk Havalimanının Xarici Xəttlər gəliş terminalında iki partlayış nəticəsində xeyli sayda ölülərin olduğu deyilir.

Teraktda yaralananlar Bakırköy Dövlət Xəstəxanasına gətirilir. Ədalət naziri Bəkir Bozdağ etdiyi şərhdə 10 vətəndaşın hücumda həyatını itirdiyini, 20 adamın isə yaralandığını açıqlayıb.

 

23.59

 

İstanbul Atatürk Havalımanında reallaşan partlayışların ardından uçuşlar dayandırıldı.

Avtomobil və piyada girişi də bağlanılan hava limanında daxili və xarici xəttlərdən hər hansı bir uçuş həyata keçirilmir.

Aeroporta enmək üçün gələn təyyarələr havada gözlədilir, ya da başqa havalimanlarına istiqamətləndirilir.

23.48

 

İstanbul Atatürk Havalimanı Xarici Xəttlər Terminalının giriş hissəsində baş verən partlayışda yaralananların olduğu deyilir.

Əldə edilən ilk məlumatlara görə, partlayışın ardından silah səsləri eşidilib.

Türkiyənin Baş naziri Binali Yıldırım Daxili İşlər naziri Efkan Ala və İstanbul valisi Vasip Şahini axtararaq hadisə ilə bağlı məlumat alıb.

 

23.40

 

İstanbulun Atatürk Havalımanında ard-arda 2 partlayış olub.

ASSA İHA agentliyinə istinadən xəbər verir ki, hələlik partlayışın səbəbi bəlli olmasa da onun terakt olduğu iddia edilir.

Hadisə yerinə çox sayda polis və xilasetmə qrupu sövq edilib.

Son anda verilən məlumata görə, partlayış xarici xəttlər terminalında baş verib.

Havalımanının giriş və çıxışları bağlanıb.

Atatürk Havalimanı'ndaki patlamalardan sonra ilk görüntüler

Atatürk Havalimanı'ndaki patlamalardan sonra ilk görüntüler

Atatürk Havalimanı'ndaki patlamalardan sonra ilk görüntüler

Print Friendly, PDF & Email
Review overview