Home / Cəmiyyət  / Yardımlının yeni icra başçısına “göyəm” adı qoydular

Yardımlının yeni icra başçısına “göyəm” adı qoydular

Azərbaycanda qəribə olaylar baş verir. Olaylar deyəndə Ağdaşın Qoşaqovaq kəndində naməlum, saqqalı varlıqların peyda olmasından söhbət getmir. Onsuz da bu informasiya reallığı əks etdirmədi və bu gün Daxili İşlər Nazirliyi açıqlama verdi ki, bir sıra

Azərbaycanda qəribə olaylar baş verir. Olaylar deyəndə Ağdaşın Qoşaqovaq kəndində naməlum, saqqalı varlıqların peyda olmasından söhbət getmir. Onsuz da bu informasiya reallığı əks etdirmədi və bu gün Daxili İşlər Nazirliyi açıqlama verdi ki, bir sıra sayt və telekanallarda bəzi kənd sakinlərinin gözlərinə guya hansısa məxluqların və ya şəxslərin görünməsi barədə yayılan söz-söhbətlər dedi-qodudan və şayiədən başqa bir şey deyil.

Təki elə olsun, ancaq bizim söz açacağımız olay real şəxs tərəfindən yaradılıb. O real şəxs Yardımlının yeni icra başçısı Ayaz Əsgərovdur.

Ölkə mediasında icra başçısının adı çəkiləndə ilk öncə adamın gözləri önünə məktəblilərin tutduğu qızılgüllərin altından keçən Salyanın sabiq icra başçısı Tahir Kərimov gəlir.

Yardımlının yeni başçısının çıxartdığı olayın özü də masştabına və tutumluq dairəsinə görə ondan heç də geri qalmır. Çünki bu “əməliyyatda” o, tək olmayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ona “yoldaşlıq” edib.

Özü də bu “yoldaşlıq” rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzdə baş verib.

İcra başçısı adı çəkilən “qonağa” rayon əhalisilə keçirdiyi görüşdən sonra ziyafət vermək qərarına gəlib. Bunun üçün isə Heydər Əliyev Mərkəzi seçilib. Görünür, yeni icra başçısı rayona yeni gəldiyindən heç bir kafe və restoran tanımadığından tələm-tələsik məhz bu məkanı seçib.

Görəsən, dövlət atributlarına hörmət etməmək tapşırığını bu iki şəxsə kim göstəriş verib? Yoxsa onlarındamı ağılı Tahir Kərimovun ağılı ilə eynidir.

Əsil olay da elə o vaxt baş verib. Səhər yeməyi masasının üzərində göyəm mürəbbəsi varmış və icra başçısı ondan dadandan sonra hayıl-mayıl olur. Tez köməkçisinə tapşırır ki, təcili olaraq həmin mürəbbədən tapsınlar. Birinci müavin Azər Xamıyev icra başçısının istəyini həyata keçirmək üçün bütün Yardımlıda mürəbbə bişirməyi bacaran adamlarla əlaqə saxlayır. Hətta deyir ki, həmin mürəbbənin bir bankasına 100 manat verəcək. Nəhayət, mürəbbə tapılır, amma lap kiçik tomat bankasında. Jam.az-ın əldə etdiyi informasiyaya görə, icra başçısı həmin kiçik bankanı cibinə qoyaraq iş yerinə aparır.

Bu isə ona rayon əhalisi tərəfindən “göyəm” ayaması qoyulması ilə nəticələnib.

Bu mürəbbə olayından çox böyük ehtimalla, Bakının da xəbəri olub, çünki  Kərəm Həsənov bir vəzifə borcu kimi yəqin orda olanları yuxarı çatdırıb.

Hazırda Prezident Administrasiyası “göyəm” ləqəbini qazanan bu yeni icra başçısını prezident eşidənədək işdən çıxartmaq haqda düşünür.

Bu işi necə həyata keçirmək isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini – Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin öhdəsinə düşür.

Hələlik o, susmağa üstünlük verib, çünki prezident sərəncamı imzalayan zaman ondan belə icra başçısını necə “tapdığının” səbəbini soruşacaq.

Kərəm Həsənov isə “Səhər yeməyi üçün Heydər Əliyev Mərkəzini seçdiyinə görə niyə Ayaz Əsgərovu fikrindən daşındırmayıb?” sualına cavab verəcək.

AzToday.az (http://www.aztoday.az/42317.html)

Review overview