Home / Cəmiyyət  / Yardımlıda səlahiyyət davası: Mahir Mirzəyev yeni başçını necə “yola gətirmək” istəyir?

Yardımlıda səlahiyyət davası: Mahir Mirzəyev yeni başçını necə “yola gətirmək” istəyir?

Yardımlı rayon İcra Hakimiyyətində gizli nüfuz savaşına start verilib. Savash.org-un yerli mənbələrdən əldə etdiyi məlumata görə, Sevindik Hətəmovun gedişi, yeni icra başçısı Ayaz Əsgərovun gəlişi ilə yaranan situasiya yerli məmurlar arasında gərginliyi artırıb. Belə ki, Yardımlı

Yardımlı rayon İcra Hakimiyyətində gizli nüfuz savaşına start verilib.

Savash.org-un yerli mənbələrdən əldə etdiyi məlumata görə, Sevindik Hətəmovun gedişi, yeni icra başçısı Ayaz Əsgərovun gəlişi ilə yaranan situasiya yerli məmurlar arasında gərginliyi artırıb. Belə ki, Yardımlı RİH başçısının müavini Mahir Mirzəyev indi keçmiş başçının dövründə olduğu kimi rayonda əsas söz sahibi olmaq uğrunda mübarizəyə qalxıb. Onun bu mübarizədəki ilk hədəfi isə nə qədər qəribə görünsə də Yardımlı RİH başçısının birinci müavini Azər Xamiyevdir.

Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, yeni başçının Azər Xamiyevlə münasibətlərini pozmaq, bununla da birinci müavini oyundan çıxartmaq taktikasını seçən Mahir Mirzəyevin tək bir məqsədi var: Yenə də əvvəlki kimi Yardımlıda əsas söz sahibi olaraq qalmaq.

Bizə məlum olmayan səbəblər üzündən həmin məqsədini həyata keçirməkdə maneə olaraq gördüyü Azər Xamiyevə qarşı “qara piar” kampaniyasına başlayan Mahir Mirzəyev yeni başçı ilə birinci müavin arasında ziddiyyətlərin yaranmasına çalışır. Əslən Yardımlıdan olan, uzun illərdir bu rayonda məsul vəzifədə çalışan Mahir Mirzəyev özünə yaxın şəxslər vasitəsilə icra başçısına birinci müavindən kompromatlar ötürür.

Eyni zamanda özünü Azər Xamiyevə “canıyanan” kimi göstərməyə çalışan Mahir Mirzəyev icra başçısının ona qarşı haqsızlıq etdiyini deyərək özünün yaratmaq istədiyi uçurumu bir qədər də dərinləşdirmək istəyir.

Mahir Mirzəyevin bütün bu planlarının alt qatında yatan ilginc təfərrüatlarla bağlı araşdırmalarımız davam edir, yaxın günlərdə daha şok məlumatlarla tanış olmaq imkanı qazanacaqsınız.

Review overview