Loading

wait a moment

Oqtay Şirəliyevə Səfər Əbiyevin aqibəti yaşadılır – Təfsilat

print
Son günlər ölkə gündəmininin əsas müzakirə mövzusu səhiyyə sistemində baş verən dəhşətli hadisələrdir.

ASSA AzToday.az-a istinadən xəbər verir ki, Azərbaycanda həkim səhlənkarlıqlarının bir-birini əvəz etməsi nəticəsində ardıcıl faciələrin yaşanmas bütün diqqətləri nazir Oqtay Şirəliyevin üzərinə çəkib.  Geniş ictimaiyyət səhiyyə sistemində baş verən özbaşınaliqlarda naziri günahkar bilir və son günlər hakimiyyətyönlü medianın da tənqid hədəfi Oqtay Şirəliyevdir.

Mediada yazılanlara inansaq, tezliklə Oqtay Şirəliyev vəzifəsindən azad ediləcək və bunun üçün çoxlu səbəblər var.

Bu arada qeyd edək ki, Səhiyyə Nazirliyi ətrafında baş verənlər bir növ sabiq müdafiə naziri Səfər Əbiyevin istefaya göndərilməsi xatırladır. Səfər Əbiyevin də vəzifəsindən çıxarılması üçün ordudakı neqativ hallar ictimailəşdirilir və əsgər ölümlərinə görə müdafiə naziri tənqid hədəfinə tuş gəlirdi. Həmin zaman da hakimiyyətin nəzarətində olan mətbuat Səfər Əbiyevi günahkar çıxardaraq, onun üzərinə “səlib yürüşü” təşkil edirdi. 2013-cü ilin əvvəlində əsgər ölümlərinə görə Bakıda aksiya keçirilməsi və polisin aksiyaya demək olar müdaxilə etməməsi Səfər Əbiyevin vurulması sifarişinin “yuxarı”dan gəldiyini göstərirdi. Nəticədə Səfər Əbiyev postu ilə vidalaşmalı oldu. Və onun yerinə hakimiyyətdə ciddi dəstəkçiləri olan Zakir Həsənov gətirildi. Hazırda oxşar proses Oqtay Şirəliyev üçün gedir. Səhiyyə sistemindəki bütün neqativlər onun ayağına yazılır. Bu yazılanlarda böyük həqiqət payının olduğunu deməmək günah olardı. Ancaq fakt budur ki, Oqtay Şirəliyevin rəhbərlik etdiyi səhiyyə sahəsindəki neqativlər başqa qurumlardakından o qədər də çox deyil.

Oqtay Şirəliyev üçün qurulmuş bu oyunun arxasında hakimiyyətdaxili qruplaşmalar arası mübarizə durur. Belə ki, hakimiyyətdəki Bakı klanının üzvü Oqtay Şirəliyev Naxçıvan qruplaşmasının hədəfindədir. Naxçıvan qruplaşması Oqtay Şirəliyevi səhiyyə nazirinin birinci müavini Elsevər Ağayevlə əvəzləmək istəyir. Hansı ki, Səhiyyə Nazirliyində baş verən bütün özbaşınalıqlar və qanunsuzluqlar Oqtay Şirəliyev qədər Elsevər Ağayevin də ayağına yazılmalıdır.

Məlumatda iddia olunur ki, son baş verən proseslərin geniş ictimailəşdirilməsində Elsevər Ağayev xüsusi canfəşanlıq edir və Oqtay Şirəliyevi dövlət başçısının gözündən salmaq üçün müxtəlif səpkili məlumatları dövriyyəyə buraxır.

Qeyd edək ki, Elsevər Ağayev Naxçıvan Muxtar Respublikasında anadan olub. Səhiyyə sistemində baş verən rəhbər dəyişiklilərinə rəğmən Elsevər Ağayev postunu toxunulmaz saxlayıb. Bütün bunlar Elsevər Ağayevin yüksək vəzifəli şəxslər tərəfindən himayə edildiyini deməyə əsas verir.

(http://www.aztoday.az/42166.html)

Scroll Up