Home / Hadisə  / Məşhur reper həbs edildi

Məşhur reper həbs edildi

Məşhur amerikalı reper 50 Cent həbs edilib. Reperin həbs edilməsinə səbəb Karib dənizində yerləşən Sent Kitts və Nevis adalarında keçirilən festivalda söyüş və biədəb ifadələr işlətməsi olub. Əsl adı Kurtis Cekson olan sənətçi 40 minə yaxın izləyicisinin

Məşhur amerikalı reper 50 Cent həbs edilib.

Reperin həbs edilməsinə səbəb Karib dənizində yerləşən Sent Kitts və Nevis adalarında keçirilən festivalda söyüş və biədəb ifadələr işlətməsi olub.

Əsl adı Kurtis Cekson olan sənətçi 40 minə yaxın izləyicisinin olduğu festivalda ifa etdiyi bir mahnıda söyüş söyməsindən sonra həbs edilib.

Daha sonra reperin 20 min dollar cərimə ödədikdən sonra azad edildiyi və ölkəni tərk etməsinə icazənin verildiyi bildirilir.

Bu ada ölkələrində ictimai yerlərdə söyüş söymək və kobud ifadələr işlətmək qadağandır.

50 Cent ilk əvvəl rep sahəsində tanınmış prodüser və “Run-DMC” qrupunun üzvü Jam Master Jay və daha sonra dünyaca məşhur olan prodüser Dr.Dre tərəfindən kəşf edilib.

Təsadüfən CD-lərin biri Eminemin əlinə keçir və ifanı bəyənən məşhur repçi Ceksonla bağlayır. Bu müqavilədən Kurtis 1 milyon dollar alaraq və “Get Rich or Die Tryin'” adlı ilk rəsmi albomunu yayımlayıb. “In da Club”, “P.I.M.P.” və “If I Can’t” kimi mahnılarıyla rep və hip-hop dünyasında özünə bir ad qazanan reper 2006-cı ildə 32 milyon dollar, 2007-ci ildə 34 milyon dollar qazanaraq ildə ən çox pul qazanan 2-ci repçi olub. “Forbes” jurnalının 2007-ci ildə tərtib etdiyi “Ən varlı hip-hopçular” sıralamasında Jay-Z və Eminemdən sonra üçüncü sırada yer alıb.

“Forbes”in 2008-ci ilin avqustunda açıqladığı nəticəyə görə, 50 Cent 150 milyon dollarlıq qazancı ilə Jay-Z və P. Diddy kimi repçiləri də geridə qoyur. (ANSPRESS)

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview