Home / İdman  / İtaliya mediası: Çakır bir türk, o, bizdən Papanın qisasını alır

İtaliya mediası: Çakır bir türk, o, bizdən Papanın qisasını alır

"AVRO-2016"da Türkiyəni təmsil edən hakim Cüneyt Çakıra UEFA dan şok bir qərar gəlib. ANS PRESS-in məlumatına görə, təcrübəli hakim üçün turnir erkən başa çatıb. 40 yaşlı referi UEFA-nın qərarı ilə "AVRO-2016" ilə vidalaşıb. Qrup mərhələsində Portuqaliya - İslandiya və Belçika - İrlandiya oyunlarını idarə edən türkiyəli hakimin turnirdə

“AVRO-2016″da Türkiyəni təmsil edən hakim Cüneyt Çakıra UEFA dan şok bir qərar gəlib. ANS PRESS-in məlumatına görə, təcrübəli hakim üçün turnir erkən başa çatıb.

40 yaşlı referi UEFA-nın qərarı ilə “AVRO-2016” ilə vidalaşıb. Qrup mərhələsində Portuqaliya – İslandiya və Belçika – İrlandiya oyunlarını idarə edən türkiyəli hakimin turnirdə son matçı dünən keçirilən 1/8 finalın İtaliya –İspaniya görüşü olub. İtaliyanın 2:0 hesabı ilə qalib gəldiyi oyunda Çakırın idarəçiliyi yüksək qiymətləndirilib.

Çakır və Konte

Çakır və Konte

Gərgin qarşılaşmanı səhvsiz idarə edən türkiyəli hakimlər briqadası İtaliya mətbuatında tənqid olunmaqdan qurtula bilməyib. İtalyanlar Çakırın xüsusiylə 2-ci hissədə ispanlara tərəfkeşlik etdiyini, onlara qarşı sərt qərarlar verdiyi iddia ediblər. Qarşılaşmanı şərh edən “RAİ 1” televiziyasının əməkdaşı “hakimlərə fikir vermədən, onların qərarlarını vecimizə almadan gözəl oynamağa davam etməliyik” deyib.

Yazılı mediada isə “Çakır oyunu faciəvi idarə etdi, onun bir çox qərarları bizim üçün anlaşılmaz” idi tipli fikirlər yer alıb. Sosial şəbəkələrdə qarşılaşmanı müzakirə edənlərdən biri isə daha uzağa gedib, “Çakır bir türk. O bizdən Papanın “erməni soyqırımı”nı tanımasının qisasını alır. Unutmayın ki, türklər Avropa çempionatını bizə görə tərk edib” şərhini yazıb. Çakır və heyətinin bu gün Türkiyəyə qayıdacağı gözlənilir.

Review overview