Home / Cəmiyyət  / İranlı turistlər Azərbaycana axın edirlər

İranlı turistlər Azərbaycana axın edirlər

Bu ilin iyun ayına kimi İrandan Azərbaycana 74890 nəfər səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ASSA-ya verilən məlumata görə, Azərbaycana gələn iranlı turistlərin sayı günü-gündən artır. Verilən məlumata görə, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 61 096

Bu ilin iyun ayına kimi İrandan Azərbaycana 74890 nəfər səfər edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ASSA-ya verilən məlumata görə, Azərbaycana gələn iranlı turistlərin sayı günü-gündən artır.

Verilən məlumata görə, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 61 096 nəfər olub. Yəni 2016-cı ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artıb.

Qeyd edək ki, İran vətəndaşlarının səfəri daha çox Novruz bayramına təsadüf etdiyindən ən çox artım 87 faiz olmaqla mart ayı ərzində qeydə alınıb.

Print Friendly, PDF & Email
Review overview