Home / İdman  / Argentina prezidenti Messidən xahiş etdi: Millidən getmə

Argentina prezidenti Messidən xahiş etdi: Millidən getmə

Xəbər verildiyi kimi, bu il ABŞ-da keçirilən Amerika Kubokunun finalında Argentina millisi bu kubokun ötənilki sahibi Çili yığmasına penaltilərlə (2-4) məğlub olub. İspaniyanın "Barselona" komandasının ulduz oyunçusu, Argentinanın kapitanı Lionel Messi həmin matçdan sonra millidən ayrılacağını

Xəbər verildiyi kimi, bu il ABŞ-da keçirilən Amerika Kubokunun finalında Argentina millisi bu kubokun ötənilki sahibi Çili yığmasına penaltilərlə (2-4) məğlub olub.

İspaniyanın “Barselona” komandasının ulduz oyunçusu, Argentinanın kapitanı Lionel Messi həmin matçdan sonra millidən ayrılacağını bəyan edib.

Onun bu “hərəkəti” heç də futbol həvəskarlarını sevindirməyib və ona qalmağı məsləhət biliblər.

Hətta, Argentina prezidenti Maurusio Makri də Messini yığma komandadan ayrılmamağa çağırıb.

Bu addımı Argentina millisinin keçmiş əfsanəvi hücumçusu Dieqo Maradona da atıb və Lionel Messiyə müraciət edərək getməməyi  məsləhət görüb.

Bu barədə “La Nacion” nəşri yazıb.

“Messi Argentina yığmasını tərk etməməlidir, yığmada qalmalıdır. Lionel növbəti Dünya çempionatının qalibi olmaq üçün Rusiyaya gedəcək. Messi ona kömək etmək istəyənlərin sözünə qulaq asmalıdır. Onu yığmada görmək istəməyənlər Argentina futbolundakı problemləri ört-basdır etmək arzusunda olanlardır”, deyə D.Maradona bildirib.

 

Qeyd edək ki, heyətində Lionel Messi olduğu Argentina millisi üç Amerika Kubokunun finalı (2007, 2015 və 2016-ci illər) və 2014-cü ilin Dünya Çempionatının həlledici görüşündə məğlub olub.

Review overview