Home / Siyasət  / Ərdoğanın Putinə məktubunun tam mətni açıqlandı: “Bağışlayın…”

Ərdoğanın Putinə məktubunun tam mətni açıqlandı: “Bağışlayın…”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib. Sputnik Rusiyanın Prezidentinin saytına istinadən xəbər verir ki, Ərdoğan məktubunda Rusiyanı Türkiyənin dostu və müttəfiqi adlandırıb. "Baş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Su-24” hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib. Sputnik Rusiyanın Prezidentinin saytına istinadən xəbər verir ki, Ərdoğan məktubunda Rusiyanı Türkiyənin dostu və müttəfiqi adlandırıb.

Putin və Ərdoğan

“Baş verənlər planlı və məqsədli şəkildə olmayıb. Biz insidentdən sonra risk edərək, vurulan rus pilotun meyitini suriyalı müxaliflərin əlindən aldıq və Türkiyə gətirdik. Onun dəfni həm hərbi, həm də öz ölkəsinin dini qaydalarına uyğun həyata keçirildi. Bütün bu işlər Rusiya — Türkiyə münasibətlərinə layiq şəkildə təşkil olundu”, — deyə Ərdoğan məktubunda bildirir.

O, bir daha baş verənlərdən təəsüfünü ifadə edir: “Mərhumun ailəsinə başsağlığı verir və deyirəm ki, bağışlayın”.

“Həmin pilotun ailəsinin başına gələnləri bir türk ailəsinin başına gəlmiş kimi qəbul edirik və kədərinin yüngülləşməsi üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq”, — Ərdoğan məktubda yazıb.

Türkiyə Prezidentinin məktubunda qeyd edilir ki, rus pilotun ölümündə şübhəli bilinən hərbçi həbs olunub və hazırda barəsində məhkəmə gedir. Ərdoğan yaşananlardan dolayı təəssüfləndiyini vurğulayır və bildirir ki, iki ölkənin münasibətlərinin əvvəlki səviyyəyə çatdırılması üçün əlindən gələn hər şeyi etməyə hazırdır.

“Biz bundan sonra regionda baş verən böhranlı vəziyyətlərə Rusiya ilə birgə reaksiya verməyə və terrora qarşı bərabər mübarizə aparmağa hazırıq”, — məktubda qeyd olunur.

Review overview