Loading

wait a moment

Türkiyə və Bolqarıstana avtobus xətti açılır – Bakıdan

print
Bakıdan Türkiyə və Bolqarıstana avtobus marşrutu açılır.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən verilən məlumata görə, Türkiyənin “Metro Turizm” şirkəti ilə bağlanan müqaviləyə əsasən, 1 iyuldan etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində avtobus reysləri həyata keçiriləcək. Bolqarıstana turistlər sadələşdirilmiş viza ilə gedə bilərlər.

Biletin qiyməti 130 manat nəzərdə tutulub, gediş vaxtı isə 2 sutkadır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola düşəcək. Reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək.

Scroll Up