Home / Hadisə  / İranın dini lideri Xamneyinin ölüm xəbəri yayıldı

İranın dini lideri Xamneyinin ölüm xəbəri yayıldı

Neçə vaxtdır ağır xəstə olan İranın Ali dini lideri, ayətullah Əli Xamneyinin öldüyü haqda xəbərlər yayılıb. Xamneyinin öldüyü haqda məlumatı əvvəlcə İsrail kəşfiyyatına yaxın “Debka” saytı “Ərəb Körfəzi regionu sosial mediasına” istinadən yayıb, eyni zamanda bunun

Neçə vaxtdır ağır xəstə olan İranın Ali dini lideri, ayətullah Əli Xamneyinin öldüyü haqda xəbərlər yayılıb.

Xamneyinin öldüyü haqda məlumatı əvvəlcə İsrail kəşfiyyatına yaxın “Debka” saytı “Ərəb Körfəzi regionu sosial mediasına” istinadən yayıb, eyni zamanda bunun rəsmən təsdiqlənməyən məlumat olduğu vurğulanıb.

Daha sonra Türkiyənin hökumətə yaxın “Yeni Şafak” qəzetinin müxbiri  Yılmaz Bilgen də özünün Twitter bloqunda Xamneyinin  vəfatı barədə məlumat aldığını yazıb. Lakin dini liderin vəfatı barədə xəbərlərə İran hələlik şərh vermir.

Əli Xamneyi 1939-cu ildə anadan olub, milliyətcə azərbaycanlıdır. Neçə vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi və məlumatlara görə yataq xəstəsi idi. İranda dini lider ən ali hakimiyyət səlahiyyətlərinə malik şəxsdir və silahlı qüvvələrin baş komandanıdır. (Virtualaz.org)

Review overview