Home / Hadisə  / Türkiyə ordusu 6 şəhid verdi

Türkiyə ordusu 6 şəhid verdi

Türkiyənin Mardin və Hakkari vilayətlərindən bu gün acı xəbəbrlər gəlib. PKK terrorçuları iki vilayətdə 6 türk əsgərini şəhid ediblər. Mardinin Derik rayonunda hərbi avtomobillə növbəyə çıxan əsgərlərə PKK-lar tərəfindən atəş açılıb. Nəticədə 2 əsgər şəhid olub. Hadisə ilə

Türkiyənin Mardin və Hakkari vilayətlərindən bu gün acı xəbəbrlər gəlib.
PKK terrorçuları iki vilayətdə 6 türk əsgərini şəhid ediblər.
Mardinin Derik rayonunda hərbi avtomobillə növbəyə çıxan əsgərlərə PKK-lar tərəfindən atəş açılıb. Nəticədə 2 əsgər şəhid olub.
Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələri Baş qərərgahından verilən rəsmi məlumta görə, bu gün yerli saatla 6-30 radələrində Mardinin Derik rayonu Akçay kəndində PKK terrorçuları ilə əsgərlər arasında atışma baş verib.
Əsgərlərə kömək məqsədilə Derikdən göndərilən birliyə pusqu quran PKK-lar onlara atəş açıb.
Bunun nəticəsində Türkiyə ordusunun 1 giziri  və 1 çavuşu həlak olub.
Hakkaridə isə Hakkari-Çukurca şossesində Çimenli kəndi yaxınlığında PKK terrorçularının qurduğu mina türk əsgərlərinin yoldan keçdiyi vaxt partladılıb.
Nəticədə 4 əsgər şəhid olub.
POST TAGS:
Review overview