Home / Siyasət  / Şimali İrlandiya Britaniyadan ayrılmaq istəyir

Şimali İrlandiya Britaniyadan ayrılmaq istəyir

"Birləşmiş Krallığın Avropa İttifaqından çıxması, İrlandiya ilə birləşmək üçün referendum keçirməyimizə əsas verir". Bunu Şimali İrlandiyanın mühafizəkar millətçi deputatı Deklan Kirni deyib. "Referendumun nəticəsi siyasi vəziyyəti kəskin olaraq dəyişir. İrlandiya ilə sərhədlərimizin birləşməsi üçün referendum səylərimizi artıracağıq", —

“Birləşmiş Krallığın Avropa İttifaqından çıxması, İrlandiya ilə birləşmək üçün referendum keçirməyimizə əsas verir”.

Bunu Şimali İrlandiyanın mühafizəkar millətçi deputatı Deklan Kirni deyib.

“Referendumun nəticəsi siyasi vəziyyəti kəskin olaraq dəyişir. İrlandiya ilə sərhədlərimizin birləşməsi üçün referendum səylərimizi artıracağıq”, — Kirni bildirib.

Millət vəkili qeyd edib ki, referendumun nəticələri Britaniya hökumətini Şimali İrlandiyanın maraqlarını təmsil etmək hüququndan məhrum edir.
“Çünki Şimali İrlandiya vətəndaşları Britaniyanın Aİ-nin tərkibində qalmasını istəyirdi”.

Böyük Britaniyanın Aİ-dən çıxıb-çıxmamasını təyin etmək üçün adada keçirilən referendumun nəticələri açıqlanıb. Bu səhər saat 6-da açıqlanan rəsmi olmayan nəticələrə görə 13 milyon 886 min nəfər Avropa Birliyində qalmağa, 14 milyon 890 min nəfər isə İttifaqdan ayrılmaq lehinə səs verib.

Aİ-dən ayrılmaq istəyənlər 52 % səs çoxluğu ilə qalib gəlib. Birlikdə qalmaq istəyənlərin topladığı səs faizi isə 48 olub.

Review overview