Home / Hadisə  / Milli Məclisdə dava: Zahid Orucla Oqtay Əsədov üz-üzə gəldi

Milli Məclisdə dava: Zahid Orucla Oqtay Əsədov üz-üzə gəldi

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən son iclasında gərginlik yaşanıb. İclasda ilk məsələnin, Azərbaycan mallarına taxifre sisteminin tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc fərqli fikirlər söylədi. O, Avropa

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən son iclasında gərginlik yaşanıb.

İclasda ilk məsələnin, Azərbaycan mallarına taxifre sisteminin tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc fərqli fikirlər söylədi. O, Avropa Birliyinin dağıldığı ərəfədə belə bir addımın atılması zamanı olduqca ehtiyatlı olmağa çağırdı. Qeyd edək ki, alınan mallara görə əcnəbilər ƏDV-nin ödənilməsindən azad olunur.

Onun dediklərinə spiker Oqtay Əsədov irad tutdu: “Ay Zahid Oruc, Azərbaycan taxifree tətbiq olunan 131-ci ölkədir. Məgər Avropa İttifaqı yox idi, taxifree yox idi?” .

Bundan sonra Z.Oruc sədrin dediklərinə reaksiya verdi. Deputatın yerindən danışmasına spikerdən sərt reaksiya gəldi: “Demişdim kənar fikirlərə imkan verməyəcəyəm, amma səsini kəsmədin”.

Z.Orucun yerdən cavabı gələndə O.Əsədov ona daha sərt şəkildə səsləndi: “Özünü qabiliyyətli apar! Danışdın, səni də başa saldlq”.

Bundan sonra Z.Orucun onun dediklərini cavablandırması gərginliyi artırdı. Ancaq deputatın mikrafonsuz danışması səbəbindən dedikləri eşidilməz oldu. O.Əsədov isə “sən artıq həddinin aşıbsan, özünü aparmağı bacarmırsan”.

Z.Oruc yenidən çıxışa yazılacağını dedi. Sədr isə “Səni yazılmağa da qoymayacağam. Sənin özünü aparmaq qabiliyyətin yoxdur. Sənin aparmaq qabiliyyətini gördüm. Çox səviyyəsiz…” deyəndə Z.Oruc yenə də sədrin dediklərini cavablandırdı.

Bundan sonra söz Səyavuş Novruzova verildi. Z.Oruc danışanda S.Novruzov onu sakitləşdirdi: “Zahid, biz gərək burda etika qaydalarına riayət edək. Azərbaycanda böyük-kiçik var. Fikrini bildirdin, qurtardı”.

Deputat Cavid Qurbanov isə “Mənim Zahid Oruca da hörmətim var, xahiş edirəm adını çıxışçılar siyahısından silsin və səs verək, qanunu qəbul edək” dedi.

Bundan sonra səsvermə ilə qanun qəbul edildi.

Print Friendly, PDF & Email
Review overview