Home / Siyasət  / Devid Kemeron istefa verəcəyini bəyan etdi

Devid Kemeron istefa verəcəyini bəyan etdi

Böyük Britaniyanın Avropa İttifaqında (Aİ) qalıb-qalmaması ilə bağlı keçirilən referendumun nəticələri ilə bağlı ölkənin Baş naziri Devid Kemeron açıqlama verib. Baş nazir qeyd edib ki, o, hələ də ölkəsinin Aİ-də qalmasının daha məqsədyönümlü olduğunu düşünür. “Lakin

Böyük Britaniyanın Avropa İttifaqında (Aİ) qalıb-qalmaması ilə bağlı keçirilən referendumun nəticələri ilə bağlı ölkənin Baş naziri Devid Kemeron açıqlama verib.

Baş nazir qeyd edib ki, o, hələ də ölkəsinin Aİ-də qalmasının daha məqsədyönümlü olduğunu düşünür. “Lakin Britaniya əhalisi bunu istəmədi. Bu, o deməkdir ki, onlar yeni idarə sistemi və təbii ki, yeni lider istəyirlər”,- deyə D.Kameron əlavə edib.

Britaniyanın yeni Baş nazirinin oktyabra qədər seçilməsi planlaşdırılır.

Print Friendly, PDF & Email
Review overview