Loading

wait a moment

Daha bir boksçumuz Rio olimpiadasına lisenziya qazandı

print
Daha bir boksçumuz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu gün Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal döyüşləri keçirilib.

Təmsilçimiz Rüfət Hüseynov bu mərhələdə meksikalı Yoselito Velasquesə 2:1 hesablı qələbə qazanaraq finala çıxıb və Rioya lisenziya qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın Rio olimpiadasına qazandığı 55-ci lisenziyadır.

Teymur Məmmədov Azərbaycana 54-cü lisenziyanı qazandırıb.

Scroll Up