Yüklənir

Gözləyin

Novruz Məmmədov: Görəsən, Nalbandyan yalanına görə utanacaqmı?

“Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi”.

ASSA  qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. O, bu yolla Ermənistan Xarici işlər naziri Edvard Nalbandyanın prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində razılıq əldə edilməsi ilə bağlı xəbərləri təkzib etməyinə münasibət bildirib.

Novruz Məmmədov Nalbandyanın mərhələli həll variantını istisna etməyinə qarşı sərt mövqe tutub:

“Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə isə – bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı”.

Qeyd edək ki, Novruz Məmmədov ANS-ə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib, Nalbandyan isə bunu təkzib edib.

Scroll Up