Home / Siyasət  / Elmar Məmmədov: Ermənistan konstruktiv mövqe nümayiş etdirməsə, …

Elmar Məmmədov: Ermənistan konstruktiv mövqe nümayiş etdirməsə, …

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü Dağlıq Qarabağ probleminin həllində növbəti mərhələ oldu. Bunu "Azərbaycan - Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Truskavets şəhərində azərbaycanlılar və ukraynalıların iştirakı ilə təşkil etdiyi İftar süfrəsində deyib. E.Məmmədov bildirib ki,

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü Dağlıq Qarabağ probleminin həllində növbəti mərhələ oldu.

Bunu “Azərbaycan – Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Truskavets şəhərində azərbaycanlılar və ukraynalıların iştirakı ilə təşkil etdiyi İftar süfrəsində deyib.

E.Məmmədov bildirib ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirməsə, Azərbaycan öz torpaqlarını güc yolu ilə düşmənlərdən azad edəcək: “Ukraynada yaşayan azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan müzakirələri yaxından izləyir və inanır ki, Azərbaycan dövlətinin, onun Prezidentinin apardığı uğurlu siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad olunacaq”.

İftar süfrəsində daha sonra Azərbaycan-Ukrayna münasibətləri, birgə layihələrin həyata keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Review overview