Filmin rejissoru Demyen Şazelldir. Film Hollivud myuziklları qızıl erasına həsr olunub. Süjetə görə, caz musiqiçisi gənc aktrisaya aşiq olur, ancaq uğur qazandıqdan sonra cütlük çətinliklərlə üzləşir.

Eləcə də filmdə Cey Key Simmons və ifaçı Con Lecend çəkilib. Film müsabiqə çərçivəsində nümayiş olunacaq. Venesiya kinofesitvalı münsiflər heyətinin sədri Sem Mendesdir. Festival avqustun 31-də start götürəcək.