Home / İdman  / Formula-1: Gənc jurnalistdən boş tribunaları çəkən jurnalistlərə cavab

Formula-1: Gənc jurnalistdən boş tribunaları çəkən jurnalistlərə cavab

Odlar yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Şərqlə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü. Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən

Odlar yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Şərqlə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.

Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları yenidən əks etdirdi.

Beynəlxalq idman aləmi müstəqillik yolu ilə uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik olan ölkəmizin güclü potensialına bələd oldu. Dünya, qarşıya qoyulan hər bir məqsədin, niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi.

Azərbaycan kimi ölkələrin ilk öncə dünyada mədəni platformada geniş tanıtımına ehtiyac var. Bu baxımdan da hər hansı idman və ya mədəni kütləvi beynəlxalq tədbirin əhəmiyyəti əvəzsizdir. Formula-1 zamanı da ölkəyə gələn minlərlə insan həm də öz ölkələrində müsbət mənada təbliğatçıdırlar. Və ölkənin problemlərinin tanıtımında faydalı işlər görürlər.

Formula-1 yarışları, nəticədə Azərbaycanı Avropada tanıtdı və təbliğ etdi. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini bir daha yaxından izlədi. Formula-1 biz azərbaycanlılar üçün böyük qazanc oldu. Bəzi dövlətlər minlərlə pul xərcləyir ki, belə bir tədbir ölkələrində keçirilsin və onun da sayəsində tanınsınlar.

Bizə isə bu, öz təkəri ilə gəldi və gur mühərrikinin səsi ilə qədimliliyi və müasirliyi özündə cəmləşdirən Bakı görüntülərini dünyaya  yayımladı.

Ancaq bu uğurumuza sevinməyənlər də oldu. Bəzi  jurnalistlərimiz boş tribunaların şəklini çəkib sosial mediada paylaşdı. Onlar üçün bu fakt meyar sayıldı, vətənpərvərlik hissi isə arxa plana çəkildi.  Qərb mətbuatının bəzi nümayəndələri də həmişə olduğu kimi qərəzli mövqe nümayiş etdirdi.

Rəsmi Bakının onlara cavabı isə tədbiri yüksək səviyyədə keçirməsilə cavab verildi.

Elşən Yəhyayev

POST TAGS:
Review overview