Home / Hadisə  / Bayraq Meydanının sabiq rəisi Rəşad Məmmədov azadlıqda

Bayraq Meydanının sabiq rəisi Rəşad Məmmədov azadlıqda

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov azadlığa çıxdı. Onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hakimlər kollegiyasının qərarı ilə ittiham olunan şəxslər barəsində həbs

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov azadlığa çıxdı. Onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hakimlər kollegiyasının qərarı ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirildi.

Xatırladaq ki, ondan əvvəl prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Daha sonra R.Məmmədov son söz deyib. O, heç bir günahı olmadığını, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Digər təqsirləndirlənlər də son sözlə çıxış edərkən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İ.İsfəndiyarov isə həbsdəki müddətdə ən rahat gününün oktyabrın 17-i (keçmiş MTN naziri E.Mahmudovun vəzifədən kənarlaşdırıldığı gün) olduğunu deyib: ” O nazirlikdə də, hamı bilir o hansı yuvanın quşudur. O günü bildim ki, azadlığa çıxacağam. Elə o günü mən zatən bəraət almışam”.

Müşavirədən sonra məhkəmədə hökm oxunub. Hökmə görə, Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib. (Virtualaz.org)

Review overview