Home / İdman  / AÇ-2016: Türkiyə 2 top fərqi ilə qalib gəlməlidir

AÇ-2016: Türkiyə 2 top fərqi ilə qalib gəlməlidir

Bu gün Avropa çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində daha 4 oyun keçiriləcək. ASSA Apasport.az-a istinadən xəbər verir ki, C və D qrupunun taleyinin həll olunacağı qarşılaşmalardan ikisi 20:00-da, digər ikisi isə 23:00-da start götürəcək. İlk olaraq

Bu gün Avropa çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində daha 4 oyun keçiriləcək.

ASSA Apasport.az-a istinadən xəbər verir ki, C və D qrupunun taleyinin həll olunacağı qarşılaşmalardan ikisi 20:00-da, digər ikisi isə 23:00-da start götürəcək.

İlk olaraq Ukrayna Polşa ilə, Almaniya isə Şimali İrlandiya ilə qarşılaşacaq. Son tura girərkən qrupdakı üç komandanın 1/8 final şansının davam etməsi oyunların vacibliyini artıran məqamlardandır. Eyni xala malik Polşa və Almaniya milliləri qələbə qazanacaqları təqdirdə top fərqinə müvafiq olaraq ilk iki yerin sahibi kimi növbəti mərhələyə çıxacaqlar. Əgər Polşa Ukraynaya məğlub olsa, bu halda polyaklar Almaniyanın qələbəsini arzulayacaqlar.

Şimali İrlandiya qarşısında “bundestim”i bərabərlik də qane edəcək, ancaq bu halda qrup liderliyinin itirilməsi ehtimalı da var.

Günün ikinci oyunları isə D qrupunda baş tutacaq. Burada vəziyyət nisbətən daha aydındır. İspaniya millisi ilk iki oyununda qələbə qazandığından növbəti mərhələyə çıxmağı təmin edib. İkincilik uğrunda isə Xorvatiya və Çexiya mübarizə aparır. Şahmatçılar İspaniyaya yenilsə və Çexiya Türkiyəyə qalib gəlsə, bu halda çexlər ikinci yerin sahibi kimi 1/8 finala adlaya bilər. “Şahmatçılar”a ikincilik üçün heç-heçə də kifayət edəcək.

Şübhəsiz ki, azərbaycanlı azarkeşlər üçün qrupun ən maraqlı matçı Çexiya – Türkiyə qarşılaşması olacaq. Fatih Terimin yetirmələri cüzi şanslarını davam etdirmək üçün mütləq ən az 2 top fərqi ilə qalib gələrək qrupda 3-cü yeri tutmalıdırlar. “Ay-ulduzlular” öz üzərilərinə düşən vəzifəsini yerinə yetirdikdən sonra digər matçların nəticələrini gözləyəcək.

 

Avropa çempionatı – 2016

21 iyun

 

C qrupu

20:00. Ukrayna – Polşa

Baş hakim: Sveyn Oddvar Moen

Yan xətt hakimləri: Kim Tomas Haqlund, Frank Andas

Əlavə köməkçi hakimlər: Ken Henri Yonsen, Sveyn Erik Edvartsen (hamısı Norveç)

Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)

 

20:00. Şimali İrlandiya – Almaniya

Baş hakim: Klemen Turpin

Yan xətt hakimləri: Frederik Kano, Nikolas Danos

Əlavə köməkçi hakimlər: Benoy Bastien, Fredi Fotrel (hamısı Fransa)

Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)

 

1. Almaniya

2

1

1

0

2-0

4

2. Polşa

2

1

1

0

1-0

4

3. Şim. İrlandiya

2

1

0

1

2-1

3

4. Ukrayna

2

0

0

2

0-4

0

 

D qrupu

23:00. Çexiya – Türkiyə

Baş hakim: Villaim kollum (Şotlandiya)

Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)

 

23:00. Xorvatiya – İspaniya

Baş hakim: Byörn Kupers

Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeynstra

Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (hamısı Hollandiya)

Dördüncü hakim: Viktor Kassai (Macarıstan)

 

1. İspaniya

2

2

0

0

4-0

6

2. Xorvatiya

2

1

1

0

3-2

4

3. Çexiya

2

0

   1

1

2-3

1

4. Türkiyə

2

0

0

2

0-4

0

Print Friendly, PDF & Email
Review overview