Home / Şou-biznes  / Andrey Malaxov Enrike İqlesiasa görə Bakıya gəldi

Andrey Malaxov Enrike İqlesiasa görə Bakıya gəldi

Məşhur rusiyalı jurnalist, şoumen Andrey Malaxov həyat yoldaşı, Nataliya Şkulevo da dünya şöhrətli müğənni Enrike İqlesiasın konserində iştirak etmək üçün ötən gün Bakıya gəlib. Bu barədə jurnalist öz şəxsi "Twitter" səhifəsində bildirib. "Formula 1" yarışları çərçivəsində ötən gün Enrike İqlesiasın

Məşhur rusiyalı jurnalist, şoumen Andrey Malaxov həyat yoldaşı, Nataliya Şkulevo da dünya şöhrətli müğənni Enrike İqlesiasın konserində iştirak etmək üçün ötən gün Bakıya gəlib.

Bu barədə jurnalist öz şəxsi “Twitter” səhifəsində bildirib.

“Formula 1” yarışları çərçivəsində ötən gün Enrike İqlesiasın Bakıda konserti baş tutub.

Konsertə tamaşa etmək üçün Milli Parka minlərlə insan toplaşıb. “Latın pop musiqisinin kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I like ıt” kimi məşhur hitlərini səsləndirib. Konsertin aparıcısı şoumen Murad Dadaşov olub.

Enrike İqlesiasın hər ifası tamaşaçılar tərəfindən izdihamla qarşılanırdı

Enrike İqlesiasın hər ifası tamaşaçılar tərəfindən izdihamla qarşılanırdı

Bir neçə dəfə ölkəmizə gələn Andrey Malaxov hər zaman Bakı haqqında gözəl fikrilər səsləndirib. Bu ilin fevralında Malaxov paytaxtımıza heyranlığını bildirib.

“İki il əvvəl Bakıya ezamiyyətə getmişdim. Şəhərin necə fantastik dərəcədə dəyişdiyinin şahidi oldum. Bütün bunlar qısa zamanda olmuşdu. Bakı qısa vaxtda olduqca müasir, gözəl, fərqli bir şəhərə çevrilmişdi. Əvvəlki illə müqayisədə yaxşı mənada tanınmaz hala gəlmişdi. Mən Bakıya gəlirəm. Günəş, ağ mərmər, gözəl işıqlandırılmış küçələr, təmizlik və sairə… Sonra geriyə, Moskvaya uçuram. Və tıxaclar, qar, çirk, kir-pas və əsəbi insanlar… Hətta xatırlayıram ki, maşında ağlamışdım”. (ANSPRESS)

Print Friendly, PDF & Email
Review overview