Home / İdman  / Bakıda GP2 seriyası üzrə birinci test yarışı başa çatıb – YENİLƏNİB

Bakıda GP2 seriyası üzrə birinci test yarışı başa çatıb – YENİLƏNİB

GP2 seriyası üzrə birinci test yarışı artıq başa çatıb. Saat 13:00-da Formula-1 üzrə birinci test yürüşü keçiriləcək. Saat 15:00-da isə GP2 seriyası üzrə təsnifat yürüşünə start veriləcək. X X X 11:04 Bakı, 17 iyun, Səxavət Quliyev, AZƏRTAC İyunun 17-də saat

GP2 seriyası üzrə birinci test yarışı artıq başa çatıb.

Saat 13:00-da Formula-1 üzrə birinci test yürüşü keçiriləcək. Saat 15:00-da isə GP2 seriyası üzrə təsnifat yürüşünə start veriləcək.

X X X

11:04

Bakı, 17 iyun, Səxavət Quliyev, AZƏRTAC

İyunun 17-də saat 11-də Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib.

Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülərin Formula-1-də debütü üçün son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub.

Gənc və istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib.

Eyni zamanda, qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni, bütün komanda və sürücülərin bolidləri eynidir, yalnız sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha maraqlı edir.

2016-cı ilin GP2 təqvimi 11 yarışdan ibarətdir. Onların hamısı Formula-1 həftəsonu çərçivəsində keçirilir. Mövsüm İspaniyanın Barselona trekində start götürür və Abu-Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi Avropa Qran-prisinin dəstək yarışı kimi Bakı şəhər halqasında keçirilir.

Çempionatda hər birində 2 pilot olmaqla 12 kollektiv təmsil olunur. Bu il pelotonun tərkibinə çox güclü və istedadlı pilotlar – Pyer Qasli (“Red Bull”un gənc pilotlar proqramının iştirakçısı), Aleks Linn (“Wiliams” komandasının Formula 1-də inkişaf üzrə pilotu), Serqey Sirotkin (“Renault” komandasının Formula 1-də test pilotu), təcrübəli Mitç Evans, Artyom Markelov və başqaları daxildir.

Hazırda GP2 seriyasının 45 dəqiqəlik sərbəst yürüşlərdən ibarət ilk mərhələsi keçirilir. Daha sonra 30 dəqiqəlik sıralama turu olacaq. Nəticədən asılı olaraq, iyunun 18-də keçiriləcək ilk yarışın start düzülüşü müəyyənləşəcək (yarış 60 dəqiqə və ya 170 kilometr təşkil edir). İlk yarışın nəticəsinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanırlar.

İyunun 19-da isə ikinci yarış keçiriləcək. Yarışda bolidlərin start düzülüşü aşağıdakı qaydada müəyyənləşəcək: İyunun 18-də keçiriləcək yarışda 1-8-ci pillələrdə yer alan sürücülər, növbəti gün tam əks qaydada start götürəcəklər. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzüləcəklər.

İkinci yarışda xallar ilk 8 pilota verilir: 15, 12, 10, 8, 6, 4, 2, 1. Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 kilometrə qədər endirilir. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview