Home / Elm və texnologiya  / Azərbaycana yeni ikimərtəbəli elektrik qatarları gətirilib

Azərbaycana yeni ikimərtəbəli elektrik qatarları gətirilib

“Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş KİSS markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən bildirilib ki, artıq ölkəmizdə beş ikimərtəbəli elektrik qatarı

“Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş KİSS markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən bildirilib ki, artıq ölkəmizdə beş ikimərtəbəli elektrik qatarı fəaliyyət göstərir.

“Stadler Rail Group” şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi 2015-ci il mayın 30-da, ikincisi – mayın 31-də, üçüncüsü isə avqustun 20-də Bakı sərnişin stansiyasına gətirilmişdi.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview