Home / Maraqlı  / Səyahət xatirələri: Zülfiyyə Xanbabayeva

Səyahət xatirələri: Zülfiyyə Xanbabayeva

Öz səsi ilə aləmi oyadan, mahnılarında şərqlə qərbi birləşdirən xalq artisti Zülfiyyə Xanbabayeva səyahət etməyi xoşlayan sənətçilərdəndir. Ulduz bələdçi qismində isə o, səfər xatirələrindən və getməyi məsləhət gördüyü yerlərdən danışıb. - Səyahət sizin üçün nə deməkdir? -

Öz səsi ilə aləmi oyadan, mahnılarında şərqlə qərbi birləşdirən xalq artisti Zülfiyyə Xanbabayeva səyahət etməyi xoşlayan sənətçilərdəndir. Ulduz bələdçi qismində isə o, səfər xatirələrindən və getməyi məsləhət gördüyü yerlərdən danışıb.

– Səyahət sizin üçün nə deməkdir?
– Həyatımın demək olar ki, çox hissəsi səfərlərdə keçir. Səyahət mənim üçün müxtəlif insanların həyat tərzini görmək, öz dünyagörüşünü artırmaqdır.
– İlk səfərinizi necə xatırlayırsınız?
– Birinci səfərim 14-15 yaşımda Baltikyanı ölkələrə olmuşdu. O qədər gözəl keçmişdi ki, hələ də xatirimdədir.
– Tək başına səyahətləri xoşlayırsınız, yoxsa yol yoldaşınız olmalıdır?
– Mütləq yol yoldaşım olmalıdır, çünki gözəl anları paylaşmağı sevirəm.

"Ümumdünya Uolt Disney istirahət mərkəzi", Florida, ABŞ

“Ümumdünya Uolt Disney istirahət mərkəzi”, Florida, ABŞ

– Sizi daha çox təbiət, insanlar yoxsa tarixi yerlər maraqlandırır?
– Həm təbiəti, həm də tarixi yerləri sevirəm. Çalışıram ki, səfər etdiyim hər ölkədə əsas gəzməli-görməli yerlərdə olum.
– Qatar, gəmi, təyyarə ilə səyahət – hansı daha maraqlıdır?
– Kruiz səyahətində olmuşam, amma həm rahatlıq, həm də zaman baxımından təyyarə ilə səfər etməyə üstünlük verirəm.
– Səfərə necə hazırlaşırsınız?
– Heç vaxt öncədən planlaşdırmıram. Elə olub ki, 2-3 gün ərzində Amerikaya getməyə qərar vermişəm.Monako

Monako

– Hansı ölkənin mətbəxini bəyənirsiniz?
– Bütün ölkələrin milli mətbəxi dadlıdır. Ancaq Asiya mətbəxinə daha çox üstünlük verirəm. Vyana şəhərində olarkən isə Avstriya mətbəxi ilə tanış oldum və çox bəyəndim.
– Hara yenidən qayıtmaq istərdiniz?
– Yenidən böyük məmnuniyyətlə Sinqapura geri dönərdim.
– Ən çox hansı səfəriniz yadda qalıb?
– Bəzi səfərlərə ancaq uşaqlıqdan sevdiyim məşhur sənətçilərin konsertlərində iştirak etmək üçün çıxmışam. Bu baxımdan Las-Veqas mənim ən sevimli şəhərimdir. Yadımdadır, Parisə ilk dəfə Corc Mayklın konserti üçün getmişdim.
– Hansı ölkəyə getmək arzusundasınız?
– Yaponiyaya səyahət etmək istərdim. Düşünürəm ki, bu ölkə kosmik sürətlə inkişaf edir və dəyişir.Paris, Fransa

Paris, Fransa

– Bu və ya digər səbəblərdən səyahət etməkdən çəkinən insanlara nə məsləhət görərdiniz?
– Mən özüm ingilis dilini mükəmməl şəkildə bilməsəm də xaricdə bunun öhdəsindən gələ bilirəm. Təkcə restoranlarda menyudan yemək sifarişində çətinliklərim olur. Ancaq bu, alış-verişlərə aid deyil. Odur ki, gənclərə mütləq xarici dilləri öyrənməyi məsləhət görərdim.Zülfiyyə Xanbabayevadan səfərə hazırlaşanlara məsləhətlər:
Las-Veqasda dünyanın ən unudulmaz şoularına tamaşa edə bilərsiniz.

Las-Veqasda dünyanın ən unudulmaz şoularına tamaşa edə bilərsiniz.

Sinqapurda Sentosa adasında yerləşən "Kəpənəklər parkı"na və gecə safarisinə getməyi məsləhət görürəm.

Sinqapurda Sentosa adasında yerləşən “Kəpənəklər parkı”na və gecə safarisinə getməyi məsləhət görürəm.

Venesiyada, Murano adasında şüşə muzeyinə baş çəksinlər və əfsanəvi Murano şüşələrinin hazırlanma sənəti ilə tanış olsunlar.

Venesiyada, Murano adasında şüşə muzeyinə baş çəksinlər və əfsanəvi Murano şüşələrinin hazırlanma sənəti ilə tanış olsunlar.

Nyu-Yorkda "Empire State" binasından şəhərin əsrarəngiz mənzərəsinə tamaşa etsinlər.

Nyu-Yorkda “Empire State” binasından şəhərin əsrarəngiz mənzərəsinə tamaşa etsinlər.
Ulduz bələdçi: Zülfiyyə Xanbabayeva

Layihənin sponsoru Philosophy Travel şirkətidir. (www.buro247.az)

Review overview